Bakıda külək güclənib, bölgələrə qar yağır - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-i saat 15:30-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bizim.Media xəbər verir ki, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki (Kişçay), Oğuz, Qəbələ, Zaqatalada (Əlibəy) arabir qar, Tərtər, Gəncə, Şəmkir, Şamaxı, Astarada isə yağış yağır. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində də zəif qar müşahidə olunur.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Zaqatala, Şəki, Şamaxı, Lerik, Daşkəsən, Göygöl, Şəmkir,...