Küləkli havada neçə nəfər XƏSARƏT alıb?
İki gündür Bakıda güclü küləklə müşayiət olunan qeyri- sabit hava müşahidə edilir. Hava şəraiti 1 nəfərin xəsarət alması ilə nəticələnib.
Bizim.Media-ya Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 7 və 8 yanvar 2025-ci il tarixində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə küləkli hava şəraiti nəticəsində yıxılaraq xəsarət alan 1966-cı il təvəllüdlü 1 nəfər (kişi cinsli) müraciət edib.
"Bədənin müxtəlif hissələrinin yüngül əzilməsi diaqnozu qoyulan xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Ambulator müalicə üçün evə buraxılıb”,- deyə məlumatda qeyd edilib.
Bizim.Media...