Çindən Azərbaycan vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açıldı
Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, Çinin iqtisadi cəhətdən ən inkişaf etmiş bölgələrindən olan Quandon əyalətinin paytaxtı Quancou şəhərindən ilk yük qatarı Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan – Gürcüstan-Qara dəniz vasitəsilə Türkiyənin İstanbul şəhərinə yola düşüb. Qatar Quandon əyaləti, Honkonq və Makao şəhərlərini əhatə edən Böyük Körfəz regionu ilə Türkiyə arasında logistika dəhlizində mühüm irəliləyişdir. Sentyabrın 6-da Quancou beynəlxalq limanından yola düşən qatar 50 ədəd 40 futluq konteynerlərdə məişət texnikası, geyim və digər məhsullar var.
Dəmir yolu-dəniz-dəmir yolu multimodal daşıma...