Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri AÇIQLANDI
Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Bizim.Media-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib.
Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.
Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 04 - 10 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim ...