Rusiyada azərbaycanlılara qarşı təzyiqin sifarişini kim verib? - VİDEO
“Azərbaycanlıların Rusiyaya soyuq münasibətinin boş yerə olmadığını Moskva özü də sübut etdi. Təyyarə ilə bağlı hesabatın mürəkkəbi qurumamışdı ki, Rusiyadan gözlənilən oldu. Biz onsuz da Moskvadan müsbət addım gözləmirdik. Bakıya olan qəzəbini azərbaycanlılardan çıxmaq istəyəcəyini təxmin etmişdik. Məlumdur ki, bu gün yüz minlərlə miqrant dolanışığını Rusiyadan təmin edir. Onların arasında azərbaycanlılar da çoxdur”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun xəbər” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, Rusiya da illər boyu başqa ölkələrə təzyiq üsulu kimi məhz miqrantları seçir:
“Gah qanunu sərtləşdirir, gah evlərinə basqın edir...