“Sovetski”də heç bir tarixi bina sökülmür” – RƏSMİ
"Müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı bildiririk ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrinda olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb".
Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən xəbər verilib.
Qeyd edilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir:
"Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə isə, söküntü sözügedən binada deyil, ona bitişik olan qəzalı bina...