Qaxa 18 sm qar yağıb – VİDEO
Noyabrın 28-i saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.
...