BQXK-nin də SONU ÇATDI – Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?
Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Azərbaycan Hökumətinin qərarı ilə, 3 sentyabr 2025-ci il tarixində ölkəmizdəki nümayəndəliyini bağlayır.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib.
Məlumatda deyilir ki, BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn (BHH) himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək.
BQXK-nin Bakı ofisi niyə bağlandı?
BQXK-nin Bakı ofisi Azərbaycan hökumətinin təklifi ilə bağlanıb. Səbəbsə çox sadədir. Humnitar təşkilat olan BQXK siyasi fəaliyyət göstərir, birtərəfli və qərəzli mövqe...