“Gələn il pensiyaların orta məbləği 535 manat olacaq” – Sahil Babayev
“2024-cü ilin 9 ayında əsassız pensiya ödənişlərinin qarşısının alınması nəticəsində indeksasiyalaşdırılmamış 955 milyon manat, indeksasiyalaşdırılmış isə 1 milyard 363 milyon manat vəsait qənaət edilib”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, növbəti ildə DSMF-nin xərcləri cari illə müqayisədə 10,5 % çox olacaq:
“Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə 575 manat proqnozlaşdırılır. Cari ilin sonuna pensi...