Bakıya 12 mindən çox turist gələcək - FOTO
Sentyabrın 19-21-də paytaxtımızda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin startına sayılı günlər qalır. Yarış həftəsində Bakının küçələrində mühərriklərin gurultusu yenidən eşidiləcək və paytaxtımız dünya avtoidmanının mərkəzinə çevriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, yarış günlərində 12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir. Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaq bilet almadan sadəcə "Formula-1" ab-havasını yaşamaq üçün paytaxtımıza üz tutub.
"Formula-1"in...