DYP-dən “Formula-1 ilə bağlı MÜRACİƏT
DİN-in Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Bakı şəhərində keçiriləcək “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 19-dan 21-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə ...