MİQ imtahanı ilə bağlı YENİLİK – Bu müəllimlər üçün ödənişli OLACAQ
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə şamil olunmayacaq.
Müəllimlərin işə qəbulu...