Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla anıb.
Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzüb. Sonra dövlət başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak ediblər.
Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xa...