Bərdədə uçqun uşaq bağçasında olmayıb - RƏSMİ
“Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb”.
Bu barədə Bizim.Media-ya Qarabağ Regional Təhsil İdarəsindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Bərdədə UÇQUN - Yaralananlar var
Qeyd olunub ki, hadisə müəssisənin qarşısında yerləşən yaşayış binasının eyvan hissəsində baş verib.
“Bağçanın binasına hər hansı bir zərər dəyməyib” – məlumatda deyilib.
Qeyd edək ki, bu gün Bərdə şəhər Təbriz küçəsində yerləşən yaşayış binalarından birinin eyvanı uçub. Uçqunun uşaq bağçasında baş verdiyi iddia olunmuşdu.
Bizim.Media...