Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq
Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə başlanan I Qarabağ müharibəsi (1991–1994) zamanı Ermənistan tərəfindən Şərqi Zəngəzur və Qarabağ işğal edilərək dağıdılmış, Azərbaycan xalqına qarşı ən ağır beynəlxalq cinayətlər törədilmişdir:
"1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir.
Belə ki, erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində sax...