SON DƏQİQƏ: Ukrayna Almaniyadan yeni “Patriot” sistemləri aldı
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hava hücumundan müdafiə imkanlarının yeni “Patriot” sistemləri ilə gücləndirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
“Ukrayna hava hücumundan müdafiə sistemindəki “Patriot” komponentini möhkəmləndirdik. Almaniyaya və şəxsən kansler Fridrix Mertsə bu ortaq addımımıza görə təşəkkür edirəm. Bir müddətdir bu gücləndirməyə hazırlaşırdıq və artıq razılaşmalar yerinə yetirilib. Hər kəsə təşəkkür edirəm!”, – Zelenski bildirib.
Prezidentin sözlərinə görə, Rusiya hava zərbələrini bu müharibədə əsas vasitəyə çevirib, çünki quruda öz məqsədlərinə çata bi...