Yol Polisindən piyadalara ÇAĞIRIŞ: “Açıq rəngli geyimlərə üstünlük verin!”
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.
Bizim.Media xəbər verir ki, çağırışda deyilir:
"Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir.
Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını – xüsusilə işıq cihazla...