İlham Əliyev Ərdoğana ZƏNG ETDİ
Türkiyə və Azərbaycan Prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası “X” hesabında paylaşıb.
Məlumata görə, söhbət zamanı Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.
Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Ərdoğanı ad günü münasibətilə təbrik edib.
Qeyd edək ki, bu gün Türkiyə liderinin 71 yaşı tamam olur.
Bizim.Media...