DYP sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, qar və yolların buz bağlaması ehtimalı ilə əlaqədar olaraq sürücülərə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: “Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 40-cı km-dən, Bakı-Şamaxı-Yevlax yolunun 35-ci km-dən, Ələt-Astara-İran sərhədi yolunun 12-ci km-dən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65 km-dən başlayaraq, eyni zamanda Gəndob-Yalama avtomobil yolunda və Ağsu aşırımında intensiv qar yağışı müşahidə olunur.
Nəticədə yolların hərəkət hissəsində qar örtüyü əmələ gəlib və bəzi yerlərdə buzlaşma ehtimalı yüksəkdir.
Belə hava şəraitində xüsusilə külək tutan açıq ə...