DİQQƏT: Sabahdan Şuşaya bu bölgədən müntəzəm avtobuslar gedəcək
Sabahdan Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Bizim.Media...