Etibarnamələrin verilməsində YENİLİK
Vətəndaşlara dövlət xidmətlərinə rahat və təhlükəsiz şəkildə çıxış imkanı yaradan “mygov” rəqəmsal hökumət platforması yenidən təkmilləşdirilərək daha geniş imkanlar təqdim edir.
Bizim.Media İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına istinadən xəbər verir ki, “mygov” vətəndaşlar üçün bir sıra rəqəmsal hökumət xidmətlərinə bir platformadan çıxış imkanı yaradır.
Bu məqsədlə artıq bir neçə növ notariat xidməti də “mygov”a inteqrasiya edilib. Bu inteqrasiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub.
Vətəndaşlar “mygov” platforması vasitəsilə də aşağıdakı notariat xidmətlərindən yararl...