Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
Bu ilin III rübündə Azərbaycanda istehlak kreditləri, o cümlədən kredit (taksit) kartları üzrə standartlarda sərtləşmə müşahidə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.
Sorğu nəticələrinə əsasən, banklar əməkhaqqı kreditləri üzrə standartlarda yumşalma olduğunu bildiriblər. Respondent banklar cari ilin IV rübündə əməkhaqqı kreditləri üzrə yumşalmanın davam edəcəyini, kredit kartları üzrə standartlarda isə heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə olan tələbin cüzi azaldığı qeyd olunur. Respondentlərin cavabl...