FAKTİKİ HAVA: Şahdağda qarın hündürlüyü 13 sm-ə çatıb
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bizim.Media xəbər verir ki, Balakən-Şəki zonasında 11-28 mm, Mərkəzi aran rayonlarında 17-24 mm, Quba-Qusar bölgəsində 9-20 mm, Qazax-Gəncə bölgəsində 6-17 mm, Lənkəran-Astara bölgəsində 6-13 mm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində 3-10 mm, Naxçıvan MR-da 6-11 mm, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək yağıntı qeydə alınıb.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 13 sm, Qrızda (Quba) 12 sm, Şərurda 8 sm, Ləzədə 4 sm, Şahbuzda 3 sm, Əlibəy (Zaqatala), Gədəbəydə 2 sm olub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-...