Əhali bu il vəsaitin 50 faizini ərzaq məhsullarına XƏRCLƏYİB
Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9241,2 milyon manatlıq, o cümlədən 5066,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.
Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,0 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün...