Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır
Dekabrın 14-dən 20-dək Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirib ki, bu münasibətlə qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramı keçiriləcək.
Dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası gerçəkləşəcək.
Mədəniyyət günləri çərçivəsində "Navruz" rəqs ansamblı, Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert pro...