İlham Əliyev: “Sevan gölü yoxdur, Göyçə gölü var”
Azərbaycanlılar heç vaxt “separatizm xəstəliyindən” əziyyət çəkməyiblər, əksinə, yaşadıqları ölkələrin dövlətçiliyinin inkişafına töhfə veriblər.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
“Qarabağdan və Şərqi Zəngəzurdan danışarkən Azərbaycanın tarixini də xatırlamamaq mümkün deyil.
Təəssüf ki, uzun illər ərzində erməni tərəfi və diasporu tariximizi saxtalaşdırıb, bu təbliğat hələ də davam edir. Biz buna qarşı öz elmi həqiqətlərimizi qoymalıyıq.
Azərbaycanlılar öz zəngin tarixini, qədim dövlətçilik ənənələrini bilməlidirlər. Xalqımız hər za...