Qarlı havada 179 nəfər XƏSARƏT ALIB - RƏSMİ
Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə indiyədək 179 nəfər müraciət edib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərdən 89-u qadın, 90-ı kişidir:
"Müraciət edən 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub".
Bizim.Media...