DİM bu gün əlavə imtahanlar keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün bu gün imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər bu gün imtahan verəcəklər.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
Bugünkü imtahan...