Elton Məmmədov Baş Prokurorluğa ÇAĞIRILDI – "Əsassız xərclənən 3 milyon manatı ÖDƏYİB"
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb.
Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.
Bildirilir ki, AMEA-da baş verən qanunsuzluqlar...