Prezident Zəngilanda yeni yaşayış kompleksində görülmüş işlərlə tanış oldu - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.
MÖVZU İLƏ BAĞLI:
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO
Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır.
Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb.
Ərazidə uşaq və ...