Bakıda Hərbi parad keçirilir – CANLI
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.
Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Ba...