İlham Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə DƏVƏT ETDİ
Azərbaycan Prezidenti İlham Əliyev slovakiyalı həmkarı Peter Pelleqrinini Azərbaycana səfərə dəvət edib.
Bizim.Media xəbər verir ki, Prezidenti İlham Əliyev bu barədə Bratislavada rəsmi ziyafət zamanı çıxışında bildirib.
"Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək. Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik.
Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri ...