Rəsmi Bakı dekabrın 15-nin Dünya Türk Dilləri Ailəsi Günü elan edilməsini ALQIŞLADI
Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərarla dekabrın 15-i Dünya Türk Dilləri Ailəsi Günü kimi qəbul edilib:
"Bu tarix bütün türk dillərinin dərin ümumi köklərini və birgə tarixini üzə çıxaran ən qədim yazılı abidə - Orxon-Yeniseyin şifrəsinin çözüldüyü günə təsadüf edir.
Azərbaycan zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilind...