Sabah ilin ikinci və son Ay tutulması OLACAQ
Sabah ilin ikinci və son Ay tutulması baş verəcək.
Bizim.Media xəbər verir ki, bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır).
Tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır. Qanlı rəng Ay üfüqdə olarkən daha "dramatik" görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.
Əsl...