Bu gün avtobuslar 21:00-a kimi işləyəcək
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.
Bu barədə Bizim.Media-ya Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.
Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
Bizim.Media...