Ermənilər Kərkicahanda dinc sakinləri necə öldürüb? - Məhkəmədə sənədlər AÇIQLANDI
Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Bizim.Media xəbər verir ki, elan olunan sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.
Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Sarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlıl...