Azərbaycanla qaz sazişi Türkiyə parlamentində MÜZAKİRƏ EDİLƏCƏK
“Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası sazişin təsdiqinə dair” qanun layihəsi müzakirə edilmək üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyinə daxil edilib.
Bizim.Media xəbər verir ki, qanun layihəsinə baxılması Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş tərəfindən təsdiqlənib.
Hökumətlərarası saziş Azərbaycan və Türkiyənin enerji sahəsində qarşılıqlı əlaqələrini dərinləşdirmək məqsədilə 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.
Qanun layihəsi yanvarın 16-da Fuat Oktayın sədrliyi ilə Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirə olunduqdan sonra müvafiq hesabat hazırlanıb.
Komitə Türkiyə və Azərbaycan arasın...