İsmayıllı rayonunda daha bir zəlzələ oldu
İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Bizim.Media-ya verilən məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, dünən yerli vaxtla 18:03-də İsmayıllıda 3.4 bal zəlzələ olub. Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Bizim.Media...