Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Hər bir media qurumunun konkret missiyası və vəzifələri olur. Bu prinsiplər pozulanda təbii ki, qərəz yaranır. “Sputnik Azərbaycan”ın fəaliyyətinə nəzər saldıqda qərəzli yanaşmanın olduğu aydın görünür. Xüsusilə də, fərqli maraqlar toqquşanda bu mətbuat orqanı daim Rusiyanın mövqeyindən çıxış edir.
Nəzərə alaq ki, “Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın məşhur “Sputnik” İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyidir. “Sputnik”sə 10 noyabrı 2014-cü ildə Rusiyanın paytaxtında dövlətə məxsus “Rusiyanın Səsi” və “RIA Novosti”nin bazasında yaranıb.
...