Səhiyyə Nazirliyindən özəl tibb müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələri ilə bağlı məlumat yayıb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, son zamanlar sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumatlı olan dələduzların sui-istifadə halları, qeyri qanuni qaydada yoxlama reydləri haqqında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məlumatlar daxil olmaqdadır:
“Bu barədə ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar subyektlərinin nəzərinə çatdırılır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında&rdqu...