Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda Novruzun ikinci - Od çərşənbəsidir.
Bizim.Media xəbər verir ki, Od çərşənbəsinə xalq arasında Üskü çərşənbə, Addı çərşənbə də deyirlər.
Bu çərşənbə insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.
Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.
Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub.
Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki sim...