DİQQƏT! Azərbaycanda dövlət qurumlarında iş qrafiki dəyişəcək – RƏSMİ
Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən qrafikə uyğunlaşdırılması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu addım “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda dövlət qurumlarının iş saatları səhər 09:00-da başlayır və axşam 18:00-da bitir.
Bütün dövlət və özəl sektor işçilərinin eyni vaxtda işə gedib-gəlməsi paytaxt yollarında c...