DİQQƏT! Bakıda bu yollar bağlanır – SİYAHI
							8 noyabr - Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məqsədi ilə noyabrın 5-6-da səhər saat 10:00-dan 16:00-dək paytaxtın bəzi küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Z.Əliyevə, Ü.Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi, Ağ Şəhər Bulvarı, X.Rüstəmov küçəsindən Y.Səfərov küçəsinə qədər hərəkət məhdudlaşdırılacaq.
Paytaxtın cənub giriş qapısından sürücülər "Azneft" və "Neftçilər&quo...