Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası KEÇİRİLDİ – FOTO
2025-ci il noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.
Tədbiri açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ...