Qusar qəzasında ölən qadınların adları AÇIQLANDI - ÖZƏL
Qusarın Yuxarı Ləyər kəndi ərazisində baş verən yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəzada sərnişinlərdən 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova ölüb.
Qəzaya uğrayan “Kia Sorento”nu 63 yaşlı Fariza Ramaldanova idarə edib.
O və 3 uşaq (Fariza Vladimirovna Ramaldanova -1966, əkizlər - Arman və Adam Qoşqar oğlu Rəhimovlar -2022, Rüstəm Qoşqar oğlu Rəhimov - 2017) Qusar rayon mərkəzi xəstəxanasında müayinə olunur.
Qezaya uğrayanlar Bakı sakinləridirlər və bir aulənin üzvləridir
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu...