DİM-dən abituriyentlərə müraciət: Qeydiyyat başa çatır
Dövlət İmtahan Mərkəzi (DİM) martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək
DİM-dən Bizim.Media-ya bildirilib ki, bu imtahan ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.
İmtahana qeydiyyat bu gün saat 23:59-dək aparılacaq.
Sınaq imtahanı vermək istəyənin ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsu...