Bu il Azərbaycana gətirilən smartfonların SAYI AÇIQLANDI
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 344 milyon 206.6 min ABŞ dolları dəyərində 1 milyon 81 min 332 ədəd smartfon idxal edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 7.3% və ya 84.9 min ədəd azalıb, dəyər baxımından isə 5.5% və ya 17.9 milyon ABŞ dolları artıb.
Belə ki, 2024-cü ilin ilk 10 ayı ərzində ölkəyə 326 milyon 243.6 min dollar dəyərində 1 milyon 166 min 285 ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 541 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 475.5 manat idi.
Bu dövr...