Azərbaycanda uşaq ailədən hansı hallarda birdəfəlik ALINIR? – HÜQUQİ İZAH
Xarici ölkələrdə (xüsusilə inkişaf etmiş Qərb ölkələrində, məsələn, ABŞ, Kanada, Almaniya, İsveç, Norveç və s.) valideynlərin uşağa qarşı fiziki şiddət göstərməsi ciddi hüquqi və sosial nəticələrə səbəb olur. Bu hallar uşağın hüquqlarının pozulması kimi qiymətləndirilir və dövlət qurumları müdaxilə edir. Çox hallarda şiddət görmüş uşaq ailədən alınaraq, dövlətin himayəsinə verilir.
Azərbaycanda da oxşar hallarla bağlı qanunvericilik mövcuddur və valideynlər bu davranışa görə ciddi hüquqi məsuliyyət daşıyırlar.
Bəs, uşaq ailədən birdəfəlik nə vaxt alınır?
Bizim.Media-ya açıqlamasında vəkil Vüsal Cəfərov bildirib ki, bəzi hallarda məhkəmə valideynlik hüquqlarını tamamilə ləğv etmir, u...