Daxili təhdidlər və milli kimliyin qorunması – İdeoloji suverenliyin müdafiəsi üçün ZƏRURİ ADDIMLAR
							COVID-19 pandemiyası dünyanı təkcə tibbi və sosial sarsıntılara deyil, həm də ideoloji çökmə prosesinə sürüklədi. Qlobal nizamın köhnə strukturları – beynəlxalq təsir şəbəkələri, maliyyə və informasiya mərkəzləri – öz mahiyyətini itirdi. Bu reallıq milli suverenliyin və ideoloji sərhədlərin qorunmasını hər bir dövlət üçün həyati vəzifəyə çevirdi.
Bu gün güclü dövlət anlayışı təkcə iqtisadi və hərbi güclə deyil, həm də ideoloji təhlükəsizlik sisteminin davamlılığı ilə ölçülür. Dövlətin ideoloji sərhədləri onun fiziki sərhədləri qədər önəmlidir. Çünki bu sərhədlər pozulduqda dövlətin kimliyi, suveren iradəsi və milli yaddaşı da təhdid altına düşür. İdeoloji təhdidin qarşısını al...