Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Azərbaycanda təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin siyahısı genişləndirilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliklər təklif olunub.
Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində...